İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ

Milli Məclisin oktyabrın 17-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Musavat.com xəbər verir ki, həmin məsələlər aşağıdakılardır:

1. "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında qanun layihəsi

2. "Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya"ya qoşulmaq barədə qanun layihəsi

3. "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

4. "Dövlət qulluğu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

5. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" və "Standartlaşdırma haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

6. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

7. "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR