Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 oktyabrda Bakı-Ağstafa, 19 oktyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
ADY-dən Musavat.com-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər 29 sentyabrdan fəaliyyətdə olan həftəiçi Bakı–Ağstafa–Bakı əlavə reysləri və gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ