İnsanlara hürriyət, millətlərə istiqlal!

“Boşanma və nikahlarla bağlı statistika real deyil”

Azərbaycanda nikahların sayı artıb, boşanmaların sayı izə azalıb. Belə ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 31 min 403 nikah və 13 min 869 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.

Bəs nikahların artması və boşanmaların azalması halına hansı amillər təsir göstərib?

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb. Sosioloq qeyd edib ki, reallıq əksinədir:

“Hesab etmirəm ki, nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Biz ilin sonunu gözləməliyik, ilin sonunda əsl reallıq ortaya çıxacaq. Çünki artıq boşanmalar və nikahlarla bağlı müəyyən dinamikalar mövcuddur. Bu bir tendensiyadır və belə tendensiyalar bir anda dəyişmir. Yəni, qeyri-adi heç nə baş verməyib ki, tendensiya qısa zamanda kəskin şəkildə dəyişsin. Adətən, belə meyllər tədrici xarakter daşıyır.

Boşanmalar artıq müəyyən bir mədəni və sosial xarakter qazanıb, cəmiyyətdə sanki “boşanma yarışı” fonu yaranıb: “Başqası boşandı, mən də boşanıram” və ya “Məşhur insanlar boşanırsa, niyə mən boşanmayım?” kimi eqoist yanaşmalar müşahidə olunur.

Daha bir məqam: fikrimcə, boşanmalardan daha az danışsaq, bəlkə də onların sayı azalardı. Çünki nə qədər çox müzakirə edirik, bir o qədər də boşanma halları insanlar arasında normallaşır. Nikahların azalması ilə bağlı danışanda isə müşahidə olunur ki, insanlar ailə qurmağa daha az meyilli olurlar; sanki boşanma statistikası onları qorxudur, düşünürlər ki, evlənərlərsə, tez bir zamanda boşana bilərlər.

Buna görə mənə elə gəlir ki, media artıq bu mövzuya diqqəti azaltmalıdır. Çünki nə qədər çox müzakirə aparılırsa, boşanma halları insanların gözündə bir o qədər adiləşir”.

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR