Onlayn ictimai-siyasi qəzet
Ukraynanın dron hücumları nəticəsində Rusiyanın neft emalı müəssisələrinin fəaliyyəti ən azı 2026-cı ilin ortalarına qədər azalacaq.
Musavat.com xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (MAE) son aylıq neft bazarı hesabatında bəhs olunub.
Avqust ayının əvvəlindən Ukrayna Rusiyanın əsas neft emalı zavodlarına ən azı 28 zərbə endirib. Hücumların məsafəsi tədricən artıb və bu, o cümlədən işğal altındakı Krımda da yanacaq qıtlığına səbəb olub. Nəticədə Kreml ilin sonuna qədər yanacaq ixracına məhdudiyyətlər tətbiq edib.
Hazırkı proqnoza görə, Rusiyada neftin gündəlik emalı 5 milyon barelə yaxın səviyyədə qalacaq və yalnız 2026-cı ilin ortalarından sonra 5,4 milyon barelə qədər bərpa olunacaq.
Agentlik qeyd edir ki, Ukraynanın “daha genişmiqyaslı və intensiv” dron kampaniyası Rusiyada xam neftin emalını artıq gündə 500 min barel azaldıb.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ