İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Dəmir Yolları” QSC 145 illik yubileyinə həsr olunmuş xüsusi qısa film təqdim edib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 145 illik yubileyinə həsr olunmuş xüsusi qısa film təqdim edib.

ADY-dən verilən məlumata görə, filmdə aktyor Pərviz Fəxrəddin Bakı Dəmiryol Vağzalında yerləşən heykəlin obrazını canlandırıb. Ekran işində həm dəmir yolunun 145 illik tarixi inkişaf mərhələləri, həm də müasir infrastruktur layihələri əks olunub.

Filmdə xüsusilə Horadiz-Ağbənd dəmiryolunun tikintisi, 32 il sonra Ağdama ilk qatar reysinin təşkil olunması və ADY-nin son illərdə həyata keçirdiyi yeniliklər – yeni lokomotiv parkı, rəqəmsal idarəetmə sistemi və qurumun beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu da nümayiş etdirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR