İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu işçilərin orta aylıq əməkhaqqısı artdı

2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat 2025-ci ilin yanvar-sentyabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.

Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3849,8 manat, qeyri neft-qaz sektorunda 1042,6 manat təşkil edib:

"Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1063,6 manat, özəl müəssisələrdə isə 1123,8 manat olunub".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR