İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva rus dilinə görə MÜHARİBƏ ilə HƏDƏLƏDİ: Bundan sonra... - CANLI

“Latviyanın 841 Rusiya vətəndaşını deportasiya etməsi Ukraynada aparılan xüsusi hərbi əməliyyatın (müharibənin – red.) vacibliyini təsdiqləyir”. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“Dünyada bu cür hallar baş verəndə vəziyyət çox pis olur və bir daha Ukraynada aparılan xüsusi hərbi əməliyyatın vacibliyini göstərir. Yalnız qələbə, yalnız xüsusi əməliyyatın məqsədlərinə nail olmaq hazırkı vəziyyəti dayandıra bilər”, - Volodin qeyd edib. TASS yazıb ki, Latviya oktyabrın 13-nü latış dili imtahanını vermək üçün son tarix kimi müəyyən edib:
“Bu tarixdən sonra Riqa latış dilində kifayət qədər bilik nümayiş etdirməyən Rusiya vətəndaşlarının deportasiya prosedurunu qanuni hesab edir. Artıq bu əsasla 841 rusiyalı vətəndaşın ölkədən çıxarıldığı məlumdur. Moskva isə onların vətənində yerləşdirilməsi üçün tədbirlər hazırladığını açıqlayıb”.

Qeyd edək ki, 2004-cü ildən başlayaraq Latviyada rus dilində orta məktəb sinifləri tədricən latış dilinə keçirilib. 2018-ci ildən etibarən ali məktəblər və peşə təhsili müəssisələrində tədrisin əsasən latış dilində aparılması məcburi olub. Bu, rus dilində təhsil alan şagird və tələbələrin sayını ciddi şəkildə azaldıb.

Xarici vətəndaşların Latviya vətəndaşı və ya uzunmüddətli yaşayış icazəsi alması üçün latış dili bilikləri üzrə imtahan verməsi zəruridir. Məsələn, oktyabr 13-dək imtahan verə bilməyən Rusiya vətəndaşları deportasiya olunacaq.
Dövlət orqanlarında da bütün yazışmalar latış dilində aparılır. Rusiya vətəndaşları və ya rusdilli sakinlər rəsmi müraciətlərdə latış dilindən başqa dil istifadə edə bilməzlər.

Latviya qanunvericiliyinə görə, TV, radio və media proqramlarının müəyyən hissəsi latış dilində yayımlanmalıdır. Rusdilli kanalların fəaliyyəti məhdudlaşdırılıb və reklamlarda latış dilinə üstünlük verilir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR