Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 21:58
DÇ-2026-nın seçmə mərhələsində Ukrayna – Azərbaycan oyununda ilk hissə başa çatıb və Krakovdakı “Krakoviya” stadionundakı qarşılaşmada hesab bərabərdir – 1:1.
***
DÇ-2026-nın seçmə mərhələsində Ukrayna – Azərbaycan oyununda 30-cu dəqiqədə Ruslan Malinovski başla vurduğu qolla hesabı açıb – 1:0.
***
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda vacib qarşılaşma start götürüb.
Musavat.com xəbər verir ki, Ukrayna və Azərbaycan yığmaları arasında oyun Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda keçirilir.
Gərgin mübarizənin idarəçiliyi avstriyalı baş hakim Sebastyan Qishamerə həvalə olunub.
Matçın qalibi qrupdakı mövqeyini möhkəmləndirmək baxımından vacib xal qazanacaq.
***
Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Ukrayna və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Musavat.com xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Ukrayna: Anatoliy Trubin, Yefim Konoplya, Vitaliy, Mikolenko, Nikolay Matviyenko (k), İlya Zabarnıy, Aleksey Quçulyak, Ruslan Malinovskiy, Yeqor Yarmolyuk, Oleq Oçeretko, Artyom Dovbik
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Anatoli Nuriyev, Emin Mahmudov (k), Abbas Hüseynov, Elvin Bədəlov, Toral Bayramov, Abdulla Xaybullayev, Nəriman Axundzadə.
Qeyd edək ki, bu gün reallaşacaq Ukrayna - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Musavat.com
14 Oktyabr 2025
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ