Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ölkələrinin xüsusi xidmət orqanları Rusiyanı “kölgə donanması” adlanan gizli ticarət gəmilərindən dronların buraxılışında ittiham ediblər.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” nəşrinə Polşa prezidentinin Milli Təhlükəsizlik Bürosunun direktoru Slavomir Çençekyeviç danışıb.
Onun sözlərinə görə, Rusiya Avropa üzərində kəşfiyyat uçuşları aparmaq üçün bu donanmanı istifadə edir.
“Polşa, Danimarka, Almaniya və Norveçin kəşfiyyat xidmətləri təsdiqləyiblər ki, “kölgə donanması” adlanan və əsasən çox köhnə rus tankerlərindən ibarət bu gəmilər qaçaqmal yolu ilə neft daşımaqla yanaşı, pilotsuz kəşfiyyat fəaliyyəti üçün də istifadə olunur”, - deyə Çençekyeviç bildirib.
Polşalı rəsmiyə görə, bu, Rusiyanın Avropaya qarşı hibrid müharibəsinin bir hissəsidir. O əlavə edib ki, rusiyalı hakerlər hazırda Polşaya qarşı “həqiqi kiberhücum kampaniyası” aparırlar, kəşfiyyat isə diversiya əməliyyatları üçün kriptovalyuta ilə ödəniş olunan agentlər cəlb edir.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ