Onlayn ictimai-siyasi qəzet
Dağıstanın rəhbəri Sergey Melikov terror aktları, Ukrayna pilotsuz təyyarələrinin zərbələri və onların vurduğu ziyanla bağlı məlumatların respublika daxilində yayılmasını qadağan edən fərman imzalayıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Dağıstan administrasiyasının məlumatına görə, sənəd Putinin fərmanına uyğun olaraq hazırlanıb və mediada, mesajlaşma proqramlarında və internetdə “həssas məlumatların” dərcini məhdudlaşdırmaq məqsədi daşıyır.
Yeni qaydalara əsasən, terror aktları və təxribatların nəticələri barədə foto, video və mesajların yerləşdirilməsi qadağandır. Ukraynaya məxsus pilotsuz uçan aparatların növü, marşrutu, buraxılış və ya qəza yeri , onların vurduğu zərər haqqında məlumatların verilməsi də qadağandır.
Bundan başqa, məhdudiyyətlər Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə və elektron müharibə qüvvələrinin fəaliyyəti, habelə hərbi obyektlərin, əks-dron sistemlərinin, körpülər, yanacaq-energetika kompleksi obyektləri, rabitə və sənaye kimi mühüm infrastruktur obyektlərinin yerləşdirilməsi ilə bağlı məlumatlara da şamil edilir.
Qadağa Rusiya dövlət orqanları tərəfindən dərc edilən rəsmi məlumatlara şamil edilmir. Oxşar tədbirlər daha əvvəl ölkənin 30-dan çox bölgəsində tətbiq edilib.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ