Onlayn ictimai-siyasi qəzet
Fransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb.
"Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb.
Jan-Noel Barrot xarici işlər naziri vəzifəsində qalıb, keçmiş əmək və səhiyyə naziri Ketrin Votrin silahlı qüvvələr naziri olub, Paris polisinin prefekti Loran Nunes isə daxili işlər naziri təyin edilib. İqtisadiyyat və maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Rolan Leskyur və ədliyyə naziri Jerald Darmanen də öz portfellərini saxlayıblar.
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ