İnsanlara hürriyət, millətlərə istiqlal!

Motosikletlə səyahətə getmişdi - Türkiyədə öldü

40 yaşlı rusiyalı Anton R. Türkiyədə motosiklet səyahəti zamanı ağır qəza nəticəsində həyatını itirib.

Musavat.com SHOT telegram kanalına istinadən xəbər verir ki, Anton R. iki dostu ilə birlikdə Rusiyadan Kapadokiyaya motosiklet turuna çıxıb.

Məlumata görə, Efahrit-Sivas avtomobil yolunda sürətə nəzarət edə bilməyən Anton R., yolun kənarındakı baryerə çırpılıb. O, qəza nəticəsində ciddi xəsarətlər alıb.

Hadisə yerinə jandarma, polis və təcili yardım briqadası cəlb olunub. Yaralı dərhal Məngük Çeği xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Anton R. Volqoqradda müntəzəm olaraq motosiklet yarışlarında iştirak edib. O, bir neçə dəfə birinci yerləri qazanıb və təcrübəli sürücü hesab olunurdu.

Hazırda Türkiyə polisi hadisənin bütün detallarını araşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR