Onlayn ictimai-siyasi qəzet
Meyxanaçı Namiq Qaraçuxurlu ailə həyatı qurduğu günün ildönümündə sosial media hesabında həyat yoldaşı ilə birgə fotosunu paylaşıb.
Musavat.com xəbər verir ki, sənətçi paylaşımına duyğusal qeydlər əlavə edib:
“12 oktyabr mənim üçün özəl gündür. İllər öncə bu gün yüzlərlə insan məni qucaqlayıb, ‘Toyun mübarək, xoşbəxt ol!’ demişdi. İllər keçdikcə nə qədər doğru bir addım atdığımın fərqinə varıram”.
Namiq Qaraçuxurlu ailə həyatında üzləşdiyi sınaqlardan da söz açıb:
“Bu illər ərzində çox sınaqlardan keçdik, bir çox çətinliklərə sinə gərdik. Bu ocağın sönməsi üçün günahdan qorxmayan mərdməzarlar əllərindən gələni etdilər. Belə məqamlarda isə əksinə — bir az da möhkəmləndik. İnsanın öz qismətini tapması bu fani dünyada verilən ən dəyərli hədiyyədir. Hədiyyən üçün təşəkkürlər, səxavətli Allahım”.
Meyxanaçının paylaşımı qısa zamanda çoxsaylı bəyənmə və təbrik rəyləri toplayıb.
Şahanə Rəhimli
Musavat.com
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ