İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycanı Qəzza üzrə beynəlxalq sammitə dəvət etdi

Azərbaycan Respublikası ABŞ-ın təşəbbüsü ilə keçiriləcək “Yaxın Şərq Sülh Planı” sammitinə dəvət olunub.

Sammit 13 oktyabr 2025-ci il, bazar ertəsi, Misirin Şarm əl-Şeyx şəhərində yerləşən Beynəlxalq Konqres Mərkəzində keçiriləcək. Tədbirə ABŞ prezidenti şəxsən ev sahibliyi edəcək və məqsəd Yaxın Şərqdə — xüsusilə Qəzza bölgəsində sülh və sabitliyin bərpası istiqamətində yeni beynəlxalq mexanizmin formalaşdırılmasıdır.

Musavat.com xəbər verir ki, ABŞ Prezident Administrasiyasından yayılan məlumata görə, sammitə dəvət alan ölkələr sırasında Azərbaycan, İspaniya, Yaponiya, Ermənistan, Macarıstan, Hindistan, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt, Kanada və İran da yer alır.

Məlumatda bildirilir ki, toplantıda 20-dən çox ölkənin dövlət və hökumət başçısı iştirak edəcək. ABŞ tərəfi hər bir nümayəndə heyətinin iki nəfərlə məhdudlaşdırıldığını və yalnız bir tərcüməçi, bir protokol əməkdaşı və bir rəsmi fotoqrafın müşayiətinə icazə verildiyini qeyd edib.

Tədbir çərçivəsində imzalanacaq sənəd “Middle East Peace Plan – Yaxın Şərq Sülh Planı” adlanır və Vaşinqtonun rəhbərlik etdiyi yeni diplomatik mərhələnin əsasını qoyacaq.

photo_2025-10-12_00-17-03.jpg (103 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR