Onlayn ictimai-siyasi qəzet
"Dünyada bank hesablarını sındıra və kartlara giriş əldə edə bilən kvant kompüteri hələ yaradılmayıb".
Bunu Moskva Dövlət Universitetinin Kvant Texnologiyaları Mərkəzinin elmi rəhbəri, universitetin fizika fakültəsinin professoru Sergey Kulik Moskvada keçirilən XX beynəlxalq "Elm 0+" festivalı çərçivəsində TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə festivalın əsas mövzusu kvant texnologiyaları olub.
"Bu gün kvant kompüteri vasitəsilə bank hesablarının, habelə mesencerlərdə istifadə olunan şifrləmə vasitələrinin sındırılması mümkün deyil. Belə ki, bu tip məsələlər on milyonlarla kubitin cəlb olunmasını tələb edir. Hazırda belə sistemlər mövcud deyil. Ona görə də hələlik rahat yata bilərik", - deyə alim bildirib./Oxu.Az
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ