İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hələ də “Dəmir Yumruq”un zərbəsindən ayıla bilmir – 44 günlük müharibənin yaraları sağalmır

44 günlük Vətən müharibəsindən 5 il keçsə də, Ermənistan cəmiyyəti hələ də Azərbaycanın “Dəmir Yumruq” zərbəsinin psixoloji sarsıntısından xilas ola bilmir.

Musavat.com xəbər verir ki, Ermənistanda 2026-cı ildən başlamaq üçün planlaşdırılan xüsusi reabilitasiya proqramı da məhz bu acı gerçəyin göstəricisidir.

Proqramın məqsədi – məğlubiyyətin yaratdığı travmadan əziyyət çəkən əhali qruplarına psixoloji yardım göstərməkdir.

“44 günlük müharibə Ermənistanın təkcə ordusunu deyil, həm də cəmiyyətinin mənəvi sütunlarını sındırdı. Araşdırmalar göstərir ki, respondentlərin 17,3 faizi ağır depressiya vəziyyətindədir, 46 faizi isə hələ də dərin psixoloji sarsıntı keçirir”, – deyə “Sivilizasiya Araşdırmaları Fondu”nun icraçı direktoru Armen Xaçikyan etiraf edib.

“Zaman bu yaraları sağaltmır, Ermənistan hələ də məğlubiyyət sindromundan çıxa bilmir”, – deyə “Ruhani Bərpa Fondu”nun rəhbəri Ovanes Nikoqosyan bildirib.

Ekspertlər etiraf edirlər ki, “Dəmir Yumruq”un zərbəsi təkcə hərbi meydanda deyil, Ermənistanın psixoloji və sosial sistemində də dərin izlər qoyub. 2026-cı ildə başlanacaq proqram, əslində, bu məğlubiyyətin hələ uzun illər Ermənistanı izləyəcəyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR