İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhlul dünənki oyundan danışdı - VİDEO

“Azarkeşlərin haqqımda təriflər etməsi müsbət təsir göstərir. Bu, futbolçu olaraq bizim işimizdir. Milli komandanın tərkibindəyiksə, ikiqat diqqətli olmalıyıq”.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa-Azərbaycan (3:0) matçından sonra sosial şəbəkələrdə gündəm olan yığmamızın futbolçusu Bəhlul Mustafazadə bildirib.

B. Mustafazadə oyunla bağlı təəssüratlarını da bölüşüb:

“Düşünürəm ki, ilk hissə daha yaxşı oynadıq. Rəqibin hücumlarının qarşısını alırdıq. Təəssüflər olsun ki, qol buraxdıq. Dediyim kimi, bəlkə də o qolu buraxmasaydıq, daha fərqli ikinci hissə izləyə bilərdik. Yenə də apardığımız mübarizə bu rəqibə qarşı yaxşı alındı. Daha yaxşı çıxış edə bilərik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR