Onlayn ictimai-siyasi qəzet
Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin keçmiş rəisi Yuri Kuznetsov iddia edib ki, o, istintaq təcridxanasında xeyli arıqlayıb və qida çatışmazlığından əziyyət çəkir.
Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, o, həmçinin şikayətlənib ki, ailəsinin təxminən yarım milyard rubl dəyərində əmlakını müsadirə etməyə cəhd göstərirlər.
Müstəntiqlər Kuznetsov ailəsinin bütün əmlakının, o cümlədən daşınmaz əmlakın və qızıl-zinət əşyalarının müsadirə olunmasını tələb edirlər. Onun vəkilinin sözlərinə görə, sözün əsl mənasında hər şey müsadirə oluna bilər - "600 rubl dəyərində kulonlara qədər". Müsadirə oluna biləcək əşyalar arasında təxminən 2 milyon rubl dəyərində 55 qızıl sikkə, Kuznetsovun həyat yoldaşına 55 illik yubileyi münasibətilə verdiyi hədiyyə və qızına bağışladığı İsveçrə saatı da var.
Kuznetsov bildirib ki, o, istintaq təcridxanasında olarkən koronavirusa yoluxub və 20 kiloqramdan çox arıqlayıb. O, təcridxanada yeməklərin yetərli olmadığını iddia edir.
Keçmiş məmur ötən ilin mayında xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edilərək həbs edilib. Onun evində aparılan axtarışlar zamanı 100 milyon rubldan çox nağd pul tapılıb. Bundan başqa, onun həyat yoldaşının bacısı Krasnodarda Kuznetsov tərəfində tikildiyi ehtimal olunan evi satmağa cəhd edib.
İstintaq Komitəsi araşdırmanın başa çatdığını bildirib.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ