İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail mənbəsi: Türkiyə Qəzzaya əsas qapıdan daxil olacaq

İsrail dövlət televiziyası KAN məlumat yayıb ki, Türkiyə Qəzza bölgəsində əsas rol oynayacaq və prosesə bir neçə mərhələdə qoşulacaq.

Musavat.com xəbər verir ki, KAN-ın məlumatına görə, Türkiyə ilkin mərhələdə humanitar yardımların Qəzzaya girişini təmin edəcək. Növbəti mərhələdə bölgədə fəaliyyət göstərəcək silahlı islam hərbi qüvvəsinə qoşulacağı, daha sonra isə Qəzzanın yenidən qurulmasında iştirak edəcəyi gözlənilir.

İsrail mediası bu planı bölgədəki müharibədən sonrakı mərhələnin idarə olunması üçün formalaşan yeni regional razılaşmaların tərkib hissəsi kimi təqdim edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR