Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın prezidenti Tahir Gözəl növbəti dəfə AFFA və SOCAR prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıb.
Məlumata görə, Azərbaycanın ən uğurlu klubunun başqanı ondan üzləşdikləri problemin həllində köməklik istəyib.
Söhbət akademiyanın tikintisi üçün gözdən keçirilmiş ərazidən gedir. Hansı ki, həmin torpaq sahəsi SOCAR-ın balansındadır.
Neft şirkətinə aid ərazi "Qarabağ"ın yerləşdiyi və stadion tikdiyi yerə bitişikdir. "Köhlən atlar" uzun müddətdir ki, orada infrastruktur qurmaq və uşaq futbolunu inkişaf etdirmək niyyətindədir.
Bununla bağlı hazırlanmış layihə illərdir ki, masanın üzərində "yatır". "Qarabağ" rəhbərliyi smetası milyonlarla manat olan layihənin icrası üçün hər cür fədakarlıq etməyə razıdır.
"Qarabağ" həmin ərazini birdəfəlik satın almaq niyyətində deyil. Fikir torpağı uzunmüddətli icarəyə götürməkdir. Klub orada akademiya binası tikmək, bir neçə meydança salmaq, beləcə uşaq və yeniyetmələr üçün baza qurmaq arzusundadır. (sportinfo.az)
12 Oktyabr 2025
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ