İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanaya düşən aktyorun oğlundan SON DƏQİQƏ açıqlaması

“Atamı süni tənəffüs aparatından ayırıblar. Yavaş-yavaş gözlərini açır, əlini-qolunu tərpədə bilir. Danışa bilməsə də, gözü ilə reaksiya verir, bizi tanıyır”.

Bunu Musavat.com-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov bildirib.

Onun sözlərinə görə, atasının səhhətində irəliləyiş var:

“Hazırda qırtlaqdan aşağıya boru qoyulub, onun vasitəsi ilə nəfəs alır. Atam bu vəziyyətdən çıxandan sonra əməliyyat olunacaq və qırtlağı götürüləcək. Boğazındakı şişlər metastaz verdiyi üçün nəfəs almaqda çətinlik çəkir.

Orqanizmdən asılıdır. Elə xəstə var ki, müalicəyə cavab verir, elə xəstə də var ki, vermir. Bundan sonra bizi nə gözlədiyini bilmirik”.

Qeyd edək ki, tanınmış aktyor Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur. O, qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir. Yadigar Muradov bir neçə gün bundan öncəyə kimi süni tənəffüs aparatına qoşulmuşdu.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR