Onlayn ictimai-siyasi qəzet
“Survivor” yarışmasının uğurlu aparıcısı Murat Ceylan şəxsi həyatı və sosial media paylaşımları ilə yenidən gündəmə gəlib.
Yeni sevgiyə yelkən açan Murat Ceylandan sevgilisi ilə ilk paylaşım gəlib. Bir neçə ay əvvəl etdiyi paylaşımda Murat Ceylan, aktrisa Gizem Güneş ilə sevgili olduğunu açıqlamışdı. Hətta Gizem Güneş onun yanına Dominikə (Karib dənizində yerləşən ada) getmişdi. Lakin gözlənilmədən başlayan bu münasibət eyni dərəcədə gözlənilmədən də bitmişdi. Qısa sürən bu münasibətdən sonra Murat Ceylanın Sude Zülal Güler adlı aktrisaya aşiq olduğu ortaya çıxıb.
Cütlük hazırda münasibətlərini böyük sevgi ilə davam etdirir və sosial mediada ürək emojili yeni paylaşım edərək münasibətlərini rəsmi şəkildə izləyicilərlə bölüşüb./Lent.az
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ