Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski telefon danışığında Kiyevə “Tomaqavk” qanadlı raketlərinin ötürülməsi imkanlarını müzakirə ediblər.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Mənbələr bildirir ki, liderlər şənbə günü “Ukraynanın uzaqmənzilli “Tomaqavk” raketləri alması ehtimalını” müzakirə ediblər.
Hələlik, Amerika tərəfinin bu məsələ ilə bağlı hər hansı yekun qərar qəbul edib-etmədiyi açıqlanmayıb.
Portalın məlumatına görə, telefon danışığı təxminən yarım saat davam edib.
Musavat.com
12 Oktyabr 2025
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ