Onlayn ictimai-siyasi qəzet
Qəbələ şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Musavat.com-un xəbərinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 11-i, saat 08:00-da Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (qadın cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
"1963-cü il və 1996-cı il təvəllüdlü şəxslərə çanaq sümüklərinin sınığı, bədənin müxtəlif nahiyələrinin əzilmiş, sıyrılmış yaraları və travmaları diaqnozları təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1963-cü il təvəllüdlü pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 1996-cı il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanır.
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ