İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Ermənistanın hava yollarının “qara siyahı"da qalması ilə bağlı qərar verəcək

Avropa Komissiyası noyabr ayında Ermənistanın hava yollarının Avropa İttifaqının “qara siyahısı”ndan çıxarılıb-çıxarılmayacağı barədə qərar verəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəçiliyi və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Avropa Komissiyası əvvəlcə Ermənistanda nəzərdə tutulan audit missiyasını həyata keçirib. “Auditin nəticələri növbəti ay Avropa Komissiyasının Hava Təhlükəsizliyi Komitəsində müzakirə olunacaq və həmin vaxt qərar veriləcək”, – nazirlikdən bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR