Onlayn ictimai-siyasi qəzet
Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu və kapitanı Kilian Mbappenin yenidən topuğundan zədə aldığını açıqlayıb.
"Report" xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunda baş verib. "Real Madrid"in futbolçusu 83-cü dəqiqədə əvəzlənib.
"Bu, əvvəl zədələndiyi ayağıdır. İstirahət etdikcə ağrıları azalır. Matç zamanı rəqiblə təmas qaçılmazdır. Biz vəziyyəti qiymətləndirəcəyik. Mbappe diskomfort yaşayır, bu yaxşı deyil", - Deşam deyib.
Qeyd edək ki, qarşılaşmda Fransa millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Əvvəlki məlumatlarda qeyd olunurdu ki, Mbappe topuğunun təkrar əzilməsi səbəbindən Azərbaycanla oyun öncəsi Fransa millisi ilə məşq etməyib.
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ