İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib  


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qələbə qazandığı Vətən Müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə orden və medallarla təltif olunan igidlərimizin anım günləri Abşeron rayonunda qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, şəhid ailələri və qazilərlə birgə şəhidlərimiz –Hətəmxan Quliyev, Rahid Sadıqov, Şamil Nəcəfov, Asif Ataşov, Ülvi Rəhimov, Tofiq Həsənov, Ceyhun Useynov, Turqut Xəlilbəyli, Tərlan Məmmədov, Elnur Rütəmovun, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibovun məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.

Anım günlərində Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışılıb, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb. RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələrlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdikləri qeyd edərək bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR