İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur kriptovalyutalar 2 saata 10 milyard dollar itirdi

ABŞ və Çin arasında ticarət mübahisələri fonunda kriptovalyuta bazarı bir gündə təxminən 10 milyard dollar itirib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bu, ən azı aprel ayından bəri ən böyük itki dalğası olub.

Gecə saatlarında prezident Donald Tramp Çin mallarına əlavə 100 faiz rüsum tətbiq olunacağına dair açıqlama verdikdən sonra Bitcoin 13,68 faiz ucuzlaşaraq 104 764 dollara düşüb.  Daha sonra itkini 111 338 dollara qədər bərpa edib.

TON kriptovalyutasının qiyməti 0,575 dollar (-78,85 faiz) təşkil edib. İki saat sonra kriptovalyuta 1317 dollar (-51,56 faiz) olub.

Binance məlumatlarına görə, Ethereum-un qiyməti 19,57 faiz azalaraq 3500,60 dollar təşkil edib, sonra 3 744,52 dollar (-13,91 faiz) olub.

Trampın özünün yaratdığı memkoin 80,08 faiz ucuzlaşaraq 1,50 dollara düşüb. 2-3 saatdan sonra 5,54 dollara (-26,53 faiz) bərpa olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR