İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın həkimi müayinə nəticələrini açıqladı: Onun kardioloji yaşı...

Ağ Evin mətbuat xidməti prezident Donald Trampın həkim müayinəsi nəticələrini açıqlayıb.

Musavat.com xəbər verir ki, xidmətin yaydığı məlumatda Trampın səhhətinin “əla vəziyyətdə” olduğu qeyd edilib.

Trampın həkiminə istinadən bildirilir ki, o, Vaşinqtonun kənarındakı Walter Reed Hərbi Tibb Mərkəzində “müntəzəm tibbi müayinədən uğurla keçib”. ABŞ prezidentinin həkimi Trampın "metabolik, hematoloji və ürək parametrlərinin" sabit qaldığını izah edərək, "aparılan hərtərəfli laboratoriya testləri əla nəticələr ortaya qoydu" deyib. Bundan əlavə, "beynəlxalq səfər ərəfəsində" o, qrip və COVID-19 peyvəndi alıb.

Həkim qeyd edib ki, "Prezident Tramp əla ümumi sağlamlıq nümayiş etdirməkdə davam edir". Onun sözlərinə görə, Tampın "kardioloji yaşı" "həqiqi yaşından təqribən 14 yaş kiçikdir". Həkimin hesabatında vurğulanır ki, “Prezident Tramp yüksək ürək-damar, tənəffüs, əsəb və sümük-əzələ funksiyası nümayiş etdirərək müstəsna fiziki vəziyyətdədir”.

Qeyd edək ki, 2025-ci ilin yayında Trampın ayaqlarının şişməsi və qollarında göyərmələr qeydə alınıb. Ağ Evin mətbuat katibi Karolin Levitt daha sonra prezidentin səhhətinin əla olduğunu bildirib. Onun sözlərinə görə, şişkinlik 70 yaşdan yuxarı insanlarda rast gəlinən venoz çatışmazlıqdan, əllərindəki qançırlar isə tez-tez əl sıxmaq və aspirin qəbulundan qaynaqlanır.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR