İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınlar genetik baxımdan depressiyaya iki dəfə daha həssasdırlar

Musavat.com xəbər verir ki, Avstraliyalı alimlərin apardığı genişmiqyaslı tədqiqat qadınların depressiyaya qarşı genetik həssaslığının kişilərlə müqayisədə iki dəfə yüksək olduğunu ortaya çıxarıb.

Araşdırma Avstraliya, Niderland, ABŞ və Böyük Britaniyadan olan minlərlə insanın DNT məlumatlarının təhlili əsasında aparılıb.

Tədqiqat nəticəsində qadınlarda depressiya riski ilə əlaqəli 16 genetik variant, kişilərdə isə cəmi 8 genetik variant müəyyən edilib. Mütəxəssislər bunu bioloji və sosial amillərin birgə təsiri ilə izah edirlər.

Ən geniş yayılmış nəzəriyyələrə əsasən, qadınların ailə və qayğı funksiyaları ilə bağlı üzləşdikləri sosial təzyiq, həmçinin zorakılığa daha çox məruz qalma halları bu genetik meyilliliyin aktivləşməsini sürətləndirir. Bundan başqa, qadınlarda depressiya ilə maddələr mübadiləsi göstəriciləri — bədən kütlə indeksi və metabolik sindrom arasında daha sabit genetik əlaqə müşahidə olunub.

Alimlərin fikrincə, bu nəticələr gələcəkdə cinsə əsaslanan fərqli müalicə üsullarının hazırlanmasına yol aça bilər. Bu da depressiyanın qarşısının alınması və müalicəsində fərdiləşdirilmiş yanaşmaların tətbiqini mümkün edəcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR