Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Qəzzada aylarla davam edən müharibənin başa çatmasından sonra bölgədə humanitar vəziyyət dəyişməyə başlayıb.
İsrail və Fələstin arasında əldə olunan razılaşmadan sonra əhalinin böyük hissəsi təhlükəsizliyə ümid edərək doğma şəhər və kəndlərinə geri dönür.
Müharibə zamanı evlərini tərk etməyə məcbur qalan minlərlə fələstinli indi dağıntılar içində qalan məhəllələrə, illərlə yaşadıqları evlərin qalıqlarına qayıdır. Onların çoxu yaşayış yerlərini bərpa etmək, gündəlik həyatlarını yenidən qurmaq və normal həyata dönmək üçün beynəlxalq humanitar təşkilatların yardımına ümid edir.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ