İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhər səssizliyini udan təhlükə: səs-küy eşitməni və sağlamlığı məhv edir

Musavat.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən, insan orqanizminə təhlükəsiz təsir göstərə biləcək maksimal səs səviyyəsi gündəlik 55 desibel (dB) hesab olunur. Bu həddin aşılması artıq sağlamlıq üçün real təhlükə yaradır.

Lakin iri şəhərlərdə, xüsusilə 250 mindən çox əhalisi olan yaşayış məntəqələrində bu göstərici demək olar ki, daimi şəkildə normanı keçir.

Mütəxəssislərin sözlərinə görə, insan qulağı 30 dB-lik pıçıltıdan 80 dB-lik küçə səsinə qədər geniş diapazonda səsləri qəbul edə bilir. 65–80 dB səviyyəsi tozsoran və ya səs-küylü küçə səviyyəsinə uyğun gəlir. Avtomagistrallar və iri prospektlərin yaxınlığında yaşayan insanlar isə çox vaxt 80–90 dB səviyyəsində daimi səs yükünə məruz qalırlar.

Həkimlər bildirirlər ki, bu cür yüksək səs yükü uzunmüddətli perspektivdə eşitmə qabiliyyətinin tədricən zəifləməsinə, bəzi hallarda isə tam itirilməsinə gətirib çıxara bilər.

Daimi səs-küy yalnız qulaqlara deyil, insanın psixi sağlamlığına da ciddi təsir göstərir. Yüksək səslər sinir sistemini yükləyir, xroniki stress, yuxusuzluq və əsəb gərginliyi yaradır. Nəticədə diqqət toplama qabiliyyəti azalır, yaddaş zəifləyir, emosional stabillik pozulur və depressiya riski artır.

Urbanizasiya sürətləndikcə səs-küy artıq yalnız rahatlığı pozan amil deyil, insan sağlamlığı üçün real təhlükəyə çevrilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR