Onlayn ictimai-siyasi qəzet
Fransa – Azərbaycan oyununda meydan sahibləri qələbə qazanıb.
Musavat.com xəbər verir ki, Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransa ilə qarşılaşıb.
Paris şəhərindəki “Park de Prens” stadionunda keçirilən matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Fransızların qollarını Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) vurublar.
Bu nəticədən sonra Fransa millisi 9 xalla D qrupunda liderliyini davam etdirir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xal toplayan Azərbaycan isə sonuncu yerdədir.
Musavat.com
11 Oktyabr 2025
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ