Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdəki istilik-elektrik stansiyalarının (İES) dron hücumlarından müdafiəsi ilə bağlı səslənən tənqidlərə kəskin reaksiya verib.
Dövlət başçısı bildirib ki, məsələ yalnız hava hücumundan müdafiə sistemi ilə bağlı deyil və bəzi imkanlar texniki baxımdan mümkün deyil:
“Əgər Kiyevi götürsək, burada İES-5 və İES-6 var. Söhbət təkcə hava hücumundan müdafiədən getmir. Biz ‘Patriot’ raketlərini dronlara qarşı istifadə edə bilmərik. Mənim merə hansı sualım ola bilər? İndi istəsəm, bu məsələ barədə nə düşündüyümü deyə bilərdim, amma deməyəcəyəm, çünki müharibə hamımız üçün birdir. Buna görə də ümumiyyətlə heç nə bacarmayan insanlar haqqında anti-komplimentlər səsləndirməyəcəyəm”, – Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, əsas məqsəd ölkənin enerji infrastrukturunu qorumaq və mövcud resursları daha səmərəli şəkildə istifadə etməkdir.
Musavat.com
11 Oktyabr 2025
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ