Onlayn ictimai-siyasi qəzet
Almaniya, Fransa və Böyük Britaniya hərtərəfli və uzunmüddətli razılaşma əldə etmək məqsədi ilə İranla nüvə danışıqlarını bərpa etməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu, Avropa üçlüyünün rəhbərləri - Fridrix Merz, Emmanuel Makron və Key Starmer arasında danışıqların yekunları üzrə birgə bəyanatda əksini tapıb.
Bəyanatı Almaniya hökumətinin mətbuat xidməti yayıb.
Sənəddə deyilir: “Biz İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin edəcək hərtərəfli, uzunmüddətli və yoxlanıla bilən razılaşma əldə etmək üçün İran və ABŞ ilə danışıqları bərpa etməkdə qərarlıyıq”.
Eyni zamanda üç ölkənin liderləri snapback mexanizminin (BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa edən mexanizm – red.) düzgün addım olduğuna inandıqlarını bildiriblər və BMT-nin bütün üzvlərini Tehrana qarşı məhdudiyyətlərə əməl etməyə çağırıblar: “İranın nüvə proqramı sülh və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır”.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ