İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə güclü hücum gözlənilir - XƏBƏRDARLIQ edildi

Musavat.com xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev növbəti hava hücumlarına qarşı hazırlıqlara başlayıb. Şəhər meri Vitali Kliçko sakinlərə təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə edib.

Onun sözlərinə görə, paytaxtın vəziyyəti mürəkkəb olaraq qalır və hər kəs bununla barışmalı, ehtiyat tədbirləri görməlidir:

“İnsanlar isti geyimlərini çıxarsınlar, su və ərzaq ehtiyatı toplasınlar, ilkin tibbi yardım ləvazimatlarını və powerbankları hazırlasınlar. Özünüzü sakitləşdirməyə çalışmayın, vəziyyətin çətin olduğunu qəbul edin”, – deyə Kliçko bildirib.

Mer qeyd edib ki, gecə saatlarında paytaxtın kritik infrastrukturlarına yeni zərbələrin endirilməsi gözlənilir. Xatırladaq ki, ötən gecə Ukraynanın ən böyük şəhərləri işıqsız, susuz və qazsız qalmışdı. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR