İnsanlara hürriyət, millətlərə istiqlal!

“3+3” formatının növbəti iclası ilin sonuna qədər keçiriləcək

 “3+3” regional əməkdaşlıq platformasının növbəti iclasının ilin sonuna qədər keçirilməsi planlaşdırılır.

Musavat.com xəbər verir ki, toplantının ya Bakıda, ya da İrəvanda baş tutacağı gözlənilir.

Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya-Ermənistan Universitetinin tələbələri ilə görüşündə məlumat verib. Onun sözlərinə görə, Moskva hazırda növbəlilik prinsipinin razılaşdırılmasına yardım göstərir, çünki həm Ermənistan, həm də Azərbaycan toplantıya ev sahibliyi etməyə hazırdır.

“3+3” platforması regionda əməkdaşlıq və sabitliyi təşviq etməyə yönəlib. Bu formatda Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə iştirak edir. Gələcək iclasın harada keçiriləcəyi isə yaxın həftələrdə dəqiqləşəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR