Onlayn ictimai-siyasi qəzet
Ukrayna və Böyük Britaniya “Şahed” tipli pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını dəf etmək üçün “Oktopus” adlı dron–qırıcıların birgə istehsalını razılaşdırıblar.
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, layihə hazırda danışıqlar mərhələsindədir və yaxın aylarda işə düşə bilər.
Böyük Britaniyanın müdafiə nazirinin müavini Lyuk Pollardın sözlərinə görə, ayda təxminən 2 min ədəd belə aparat istehsal olunması planlaşdırılır və onların əsas hissəsi Ukraynaya göndəriləcək. Dronlar Rusiya PUA-larının qarşısını almaq üçün istifadə ediləcək.
İlkin mərhələdə istehsal Böyük Britaniyada yerləşəcək, istehsal xətti isə cəbhənin tələblərinə çevik şəkildə uyğunlaşa biləcək formada qurulacaq.
Londonda həmçinin, Ukrayna ilə birgə idarə olunan bombaların istehsalı da daxil olmaqla digər müdafiə layihələrinin reallaşdırılması imkanları müzakirə olunur.
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ