İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə "F-16" parkını YENİLƏYİR - Bu ölkə ilə danışıqlar aparılır

Ankara Dohayla istifadə olunmuş "Eurofighter Typhoon" döyüş təyyarələrinin mümkün alınması barədə danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə "Middle East Eye" məlumat yayıb.

Danışıqlar Türkiyənin "F-16" parkının yenilənməsi fonunda həyata keçirilir.

Türkiyənin müdafiə naziri Yaşar Güler və Hərbi Hava Qüvvələrinin komandanı Ziya Camal Kadıoğlu çərşənbə axşamı Dohaya səfər edərək, qatarlı həmkarları ilə mümkün razılaşmanı müzakirə ediblər.

Türkiyə Müdafiə Nazirliyi görüşü təsdiqləsə də, danışıqların detalları açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR