İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan Makronla bağlı ŞOK AÇIQLAMALAR: hakerlərə qədər...

Prezident Emmanuel Makron Fransadakı daxili vəziyyət və ondan irəli gələn problemlərdən diqqəti yayındırmaq üçün mənasız təşəbbüslərlə çıxış edir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna müsahibəsində deyib.

“Makron pilotsuz uçuş aparatlarının uçuşları ilə bağlı iddialardan tutmuş, hakerlərə və bəzi iqtisadi məsələlərə qədər (sonuncusu “kölgə donanması” oldu) istənilən məsələdə məsuliyyəti başqalarının üzərinə atmağa yönəlmiş mənasız təşəbbüslərlə diqqəti yayındırmağa və müzakirəni öz daxili problemlərindən uzaqlaşdırmağa, mənasız bəhanələr tapmağa çalışır”, - deyə Zaxarova vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl sol meyilli “Boyun əyməyən Fransa” partiyasının parlamentdəki fraksiya rəhbəri Matild Panot Fransa Milli Assambleyasının Bürosunun Makronu hakimiyyətdən uzaqlaşdırma proseduruna başlama təklifini müzakirə edəcəyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR