Onlayn ictimai-siyasi qəzet
Çexiyada keçirilən parlament seçkilərində qalib gələn Andrey Babiş Ukraynaya silah göndərilməsi ilə bağlı mövqeyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Babiş “Ceske Novyny” nəşrinə müsahibəsində bildirib ki, yeni hökumət Ukraynaya silah tədarükünə dövlət büdcəsindən vəsait ayırmayacaq:
“Əgər biz hökumətdə olsaq, Çexiyanın silah zavodlarına deyəcəyik: Ukraynaya silah ixrac etmək istəyirsinizsə, buyurun, biz buna qarşı deyilik. Amma büdcədən pul ayrılmayacaq”, – deyə siyasətçi vurğulayıb.
O əlavə edib ki, Çexiya artıq Avropa İttifaqının Ukraynaya yardımlarını maliyyələşdirmək üçün 60 milyard kron ödəyir və bu kifayət qədər böyük məbləğdir.
Babişin bu bəyanatı “sursat təşəbbüsü”nə Ukrayna üçün birgə sursat istehsalı proqramı) qarşı çıxmaq kimi qiymətləndirilir. Siyasi müşahidəçilər hesab edirlər ki, bu mövqe Çexiyanın yeni hökumət kursunda ciddi dəyişikliklərin başlanğıcı ola bilər.
Musavat.com
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ