Onlayn ictimai-siyasi qəzet
İsrailli hərbi analitik Avi Aşkenazi Qəzza müharibəsi ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Aşkenazinin sözlərinə görə, HƏMAS hərbi və siyasi baxımdan İsrailə meydan oxuya biləcəyini sübut edib.
“HƏMAS, təəssüf ki, bu müharibədə qalib gəldi — hətta xəritədən silinsə belə. O, İsrailə qarşı müqavimət göstərə bildi və 77 ildə görünməmiş iki illik dağıdıcı müharibəyə dözdü”, — deyə analitik vurğulayıb.
Mütəxəssis hesab edir ki, bu qarşıdurma təkcə HƏMAS-ın deyil, həm də bölgədəki bütün mübarizə qruplarının simvolik qələbəsinə çevrilib.
Musavat.com
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ