Onlayn ictimai-siyasi qəzet
Rusiya hərbçiləri Ukraynada "DTEK Energy" şirkətinə məxsus kömür emalı zavoduna hücum edib.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Zərbə nəticəsində yanğın baş verib, zavod binasının bir hissəsi dağılıb, texnoloji avadanlıqlar sıradan çıxıb. Növbətçi heyət sığınacaqdadır, itki olmayıb.
Bu, son altı həftədə zavoda üçüncü irimiqyaslı hücumdur: əvvəlki hücumlar avqustun 26-da və sentyabrın 8-də olmuşdu.
"İşçilərin həyatı üçün təhlükə yaranması və cəbhə xəttinin yaxınlaşması səbəbindən şirkət ölkənin istilik elektrik stansiyalarını kömürlə təmin edən zavodda fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. İstehsalat gücləri dondurulub, işçi heyəti başqa obyektlərə köçürülüb", - məlumatda deyilir.
Hazırda zavodun fəaliyyəti tamamilə iflic vəziyyətə düşüb, avadanlıqlar isə yararsız vəziyyətdədir.
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ