İnsanlara hürriyət, millətlərə istiqlal!

Los Ancelesi yandıran şəxs tutuldu

Bu ilin əvvəlində Los-Ancelesdə baş vermiş ən böyük yanğınlardan birini törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.

Bildirilir ki, onun cihazında ChatGPT-də yaradılmış yanan şəhərin təsviri tapılıb.

Müstəntiqlərin fikrincə, 29 yaşlı Conatan Rinderknecht yanvarın 1-də “Los Anceles tarixinin ən dağıdıcı yanğınlarından birinə” səbəb olan yanğın törədib. ABŞ-ın Kaliforniya Mərkəzi Dairəsinin prokuroru Bill Essaily bildirib ki, müttəhimin rəqəmsal cihazlarından ələ keçirilən sübutlar arasında yanan şəhərin ChatGPT-də çəkilmiş şəkli də var.

Müttəhimin ilk məhkəmə iclası oktyabrın 8-nə təyin edilib.

Qeyd edək ki, Los Ancelsdəki yanğın 93 kvadrat kilometrdən çox ərazini əhatə edib. Səlahiyyətlilər 12 nəfərin öldüyünü və təxminən 7000 binanın dağıldığını təxmin edir. Onun vurduğu ümumi ziyan təxminən 150 milyard dollar təşkil edib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR