İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada döyüşən erməniyə 12 il həbs cəzası verildi - Rusiyada

Ukrayna ordusunda döyüşən erməni vətəndaşına Rusiyada 12 il həbs cəzası verilib.

Rusiya Baş Prokurorluğunun məlumatına görə, Ermənistan vətəndaşı Ukrayna ordusunda iştirak etdiyinə görə 12 il müddətinə ciddi rejimli koloniyada azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, istintaq materiallarında qeyd olunur ki, həmin şəxs 2022-ci ildə Ukraynaya gələrək könüllü şəkildə 124-cü ərazi müdafiə briqadasına qoşulub. 2023-cü ilə qədər o, Donetsk, Luqansk və Xerson vilayətlərində döyüş əməliyyatlarında iştirak edib və bu fəaliyyətinə görə 2,3 milyon rubldan artıq məbləğdə pul alıb.

2024-cü ilin oktyabrında muzdlu döyüşçü Moskva vilayətindəki “Domodedovo” hava limanında saxlanılıb.

Məhkəmənin qərarı ilə o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin “muzdlu kimi iştirak” maddəsi üzrə təqsirli bilinib və 12 il həbs cəzasına məhkum edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR