Onlayn ictimai-siyasi qəzet
İrəvanda növbəti dəfə baş nazir Nikol Paşinyana qarşı təhdid səsləndirdiyi iddia edilən şəxs barəsində cinayət işi açılıb.
Musavat.com xəbər verir ki, vəkil Armen Andrikyanın sözlərinə görə, ABŞ vətəndaşı, 72 yaşlı Rafayel Sarkisyan mitinq günü Samvel Karapetyana dəstək aksiyası keçirilən əraziyə yaxınlaşaraq yerli jurnalistlərdən birinə belə deyib:
“Nikolun yaxasından yapışmaq üçün bəhanə axtarıram, tapanda boğazını buracam.”
Vəkil bildirib ki, Sarkisyan mitinqdə iştirak etməyib, sadəcə maraq naminə aksiyanın yaxınlığında dayanıb.
Ermənistan İstintaq Komitəsi pensiyaçı barəsində mitinqdən bir gün sonra cinayət işi açıb. Məhkəmə prosesi hələ başlamayıb.
Müdafiə tərəfi ABŞ vətəndaşı olduğu üçün ABŞ səfirliyinə müraciət edərək diplomatik dəstək istədiyini açıqlayıb.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ