İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubinyan müxalifəti ələ saldı

Ermənistan parlamentinin sədri Ruben Rubinyan sosial şəbəkələrdə yayılan ironik paylaşımı ilə ölkə müxalifətini və kilsə rəhbərliyini məsxərəyə qoyub.

Musavat.com xəbər verir ki, o, yazısında Peruda baş vermiş qalmaqallı hadisəyə - Xuli dairəsinin yepiskopu Çiro Kispe Lopesin sevgililəri olduğu üzə çıxandan sonra istefa verməsinə istinad edib.

Rubinyan istehza ilə qeyd edib ki, “perulular teologiyadan heç nə anlamırlar”, çünki “belə vəziyyətdə istefa verməkdənsə, kilsə məsələsinin daxili iş olduğunu bəyan edib baş nazirin istefasını tələb etmək, yaxud mitinqlər planlaşdırmaq olardı”.

Rubinyanın paylaşımı açıq şəkildə Ermənistan müxalifətinə və Apostol Kilsəsinin rəhbəri II Qareginin ətrafında baş verən qalmaqala yönəlib.

Xatırladaq ki, son günlərdə katolikos II Qaregini şəxsi həyatı ilə bağlı yayılan qalmaqallı məlumatlar ciddi şəkildə zərbə altında qoyub. Baş nazir Nikol Paşinyan isə məsələ ilə bağlı sərt mövqe nümayiş etdirərək kilsə rəhbərinin istefasını tələb edib.

Müxalifət bu addımı “dövlətin kilsə işlərinə qarışması” kimi qiymətləndirib və hökuməti dini quruma təzyiq göstərməkdə ittiham edib. Rubinyanın istehza dolu yazısı isə, görünür, bu mövqeyə cavab xarakteri daşıyırdı.

Rubinyan sarkazmla qeyd edib ki, “əgər erməni müxalifəti Peruda olsaydı, yepiskopun istefası əvəzinə hökumətin devrilməsini tələb edərdi”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR