Onlayn ictimai-siyasi qəzet
Tatarıstan rəhbərliyi “xüsusi hərbi əməliyyat”a (SVO) göndərilənlər üçün verilən birdəfəlik ödənişi 7 dəfə azaldıb. Əgər əvvəllər müqavilə imzalayan hər bir döyüşçü 2 milyon 700 min rubl alırdısa, indi bu məbləğ cəmi 400 min rubla endirilib.
Musavat.com xəbər verir ki, rəsmi izahat verilməyib, lakin ekspertlər bunu büdcə kasadlığı və müharibəyə marağın sönməsi ilə əlaqələndirirlər. Yeni qaydaya əsasən, 400 min rublluq ilkin ödəniş yalnız müqavilə bağlayanlara veriləcək, qalan “mükafatlar” isə yalnız ön cəbhəyə çatdıqdan sonra hesablanacaq.
Sarkazmla desək, Kreml indi “xüsusi hərbi əməliyyatı” sadəcə endirim kampaniyasına çevirib: əvvəl “luks” paket idi, indi “ekonom sinif”. Büdcə yandı, motivasiya dondu, “vətənpərvərlik” isə rubl kursu ilə birlikdə ucuzlaşdı.
2,7 milyon – 400 min = azalan rəqəm, azalan inam, azalan könüllülər…
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ