İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sehrli çubuğumuz yoxdur ki, problemləri dərhal həll edək!” – Deputatla partiya sədri arasında “ÇUBUQ POLEMİKASI” - VİDEO

“O sehrli çubuğu 5 il bizə verin, görün NƏLƏR EDİRİK”

TV Müsavatın baş redaktoru Sevinc Telmanqızının müəllifi olduğu “Canlı debat” verilişində növbəti dəfə iqtidar-müxalifət arasında söz dueli yaşanıb.

YAP-çı deputat Vüqar İskəndərovla Real sədri Natiq Cəfərli ölkə daxilindəki bəzi problemlərlə bağlı mübahisə edib. N.Cəfərli ölkəmizin xarici siyasəti, təhlükəsizliyimiz, türk dövlətləri təşkilatları və Qarabağla bağlı onilliklər boyu arzuladıqlarımızın sürətlə həyata keçməsindən razılığını bildirsə də, daxili siyasətdə bunun öz əksini tapmadığını bildirib: “Problem ölkə daxilindəki sosial problemlərdədir. İdxal inflyasiyası var. Niyə biz bu qədər xaricdən asılıyıq? 74 faiz. Dərmanda 96 faiz asılıyıq. Bizdən asılı olan və olmayan məsələlər var.

Dərmanı biz istehsal etmirik. 4-5 faiz yerli tibbi ləvazimatlar istehsal edirik. Tarif Şurasıl deyilən bir qurum var, onların qərarları büdcə parametrlərinə təsir edir. Tarif Şurasına dərman preparatlarının qiymətinin tənzimlənməsini verdik. Nə baş verdi? Qiymət qalxdı, keyfiyyət düşdü. Bu tənzimləmə işə yaramadı. Əvvəlllər ölkədə 240-250 dərman şirkəti vardı, indi cəmi 5-6-sı qalıb. Onlar da monopoliyaya alıblar. Tənzimləmə işləmirsə, yeni mexanizm həyata keçirin”.

V.İskəndərov isə oppoentinə istehza ilə bildirib ki, “əlimizdə sehrli çubuq yoxdur axı, dərhal həll edək”. O, eyni zamanda bir neçə il öncə cəmiyyətə möcüzə kimi görünən gözəl hadisələrin məhz bu iqtidar tərəfindən həyata keçirildiyini xatırladıb. “Səbrli olun, bütün problemlər sıra ilə həll olunacaq”. Real sədri isə deputatın replikasını belə cavablandırıb: “30 ildir sizsiz, YAP-dır hakimiyyətdə, o sehrli çubuq da sizdədir. 5 il o sehrli çubuğu verin bizə, görün nələr edirik”.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR