Onlayn ictimai-siyasi qəzet
Hindistanın Qərbi Benqal ştatında keçirilən hinduist “Durqa Puja” bayramı – xeyirin şərə qalib gəlməsini simvolizə edən ənənəvi mərasim zamanı ABŞ prezidenti Donald Tramp “aldatma şeytanı” Mahişasura obrazında təsvir olunub.
Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ənənəyə görə, bu demon hinduist ilahəsi Durqanın əlində məğlub olur. Bayramın təşkilatçılarından biri bildirib:
“Əvvəllər Hindistanla ABŞ arasında münasibətlər yaxşı idi, lakin Tramp hakimiyyətə gələndən sonra Hindistanı sıxışdırmağa, öz təsiri altına salmağa çalışdı. Məhz buna görə biz onu Durqanın məğlub etdiyi əcinnə kimi göstərdik”.
CNN qeyd edir ki, 5 gün davam edən “Durqa Puja” zamanı şəhərlər sanki açıq səma altında nəhəng sənət qalereyasına çevrilir – burada ilahə Durqa əcinnə mübarizə aparır. Bu bayramda bədii kompozisiyalar çox vaxt müasir siyasi və ictimai mövzulara uyğunlaşdırılır. Məsələn, əvvəlki illərdə həmin obrazda Üsamə bin Laden və Çin lideri Si Cinpin də təsvir edilmişdi.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ